XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Ramil Quliyevdən Bərdə terroruna reaksiya
İdman 13:39 / 29.10.2020
Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib. 30 yaşlı idmançı bununla bağlı "Instagram"da paylaşım edib.
O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Quliyev həmçinin sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.
Təcrübəli atlet ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı paylaşım etmişdi.
Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.

34366 oxunub

InvestAZ