XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Yuventus” Turində “Barselona”ya məğlub oldu
İdman 11:00 / 29.10.2020

Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub.
İkinci oyun günündə daha 8 qarşılaşma təşkil olunub. İngiltərənin "Çelsi” klubu Rusiya səfərində "Krasnodar”ı darmadağın edib. E qrupunun digər favoriti "Sevilya” "Renn”i İspaniyadan əliboş yola salıb.
F qrupunda Dortmund "Borussiya”sı ilə "Zenit”in duelində almanlar qələbə qazanıblar. "Latsio” isə "Brügge” ilə səfər qarşılaşmasında 1 xalla kifayətlənib.
Günün mərkəzi matçı Turində keçirilib. Turnirə qələbə ilə başlayan "Yuventus” və "Barselona” münasibətlərinə aydınlıq gətirib. Səfərdən qələbə ilə dönən "Barsa” vahid liderliyi ələ keçirib. Bol qollu alınan "Ferensvaroş”la Kiyev "Dinamo”su arasındakı qarşılaşmasında heç-heçə qeydə alınıb.
H qrupunda qərarlaşan qardaş Türkiyənin çempionu "Başakşəhər” ilk ev oyununu keçirib. İstanbul təmsilçisi son finalçı PSJ-yə böyük hesabla uduzub. İlk turu qələbə ilə başa vuran "Mançester Yunayted”lə "Leypsiq”in duelində isə ingilislər rəqib qapısından 5 cavabsız top keçiriblər.


Çempionlar Liqası
II tur

28 oktyabr

E qrupu
21:55. "Krasnodar” (Rusiya) – "Çelsi” (İngiltərə) - 0:4
Hudson-Odoy, 37, Verner, 37 (pen.), Ziyeç, 79. Pulişiç, 90
00:00. "Sevilya” (İspaniya) – "Renn” (Fransa) - 1:0
de Yonq, 56

F qrupu
00:00. "Borussiya” (Dortmund, Almaniya) – "Zenit” (Rusiya) - 2:0
Sanço, 77 (pen.), Haaland, 90+1
00:00. "Brügge” (Belçika) – "Latsio” (İtaliya) - 1:1
Vanaken, 42 (pen.) - Korrea, 14

G qrupu
00:00. "Yuventus” (İtaliya) – "Barselona” (İspaniya) - 0:2
Dembele, 14, Messi, 90+1 (pen.)
00:00. "Ferensvaroş” (Macarıstan) – "Dinamo” (Kiyev, Ukrayna) - 2:2
Nquen, 59, Boli, 90 - Tsiqankov, 28 (pen), De Pena, 41

H qrupu
21:55. "Başakşəhər” (Türkiyə) – PSJ (Fransa) - 0:2
Ken, 64, 79
00:00. "Mançester Yunayted” (İngiltərə) – "Leypsiq” (Almaniya) - 5:0
Qrinvud, 21, Raşford, 76, 78, 90+2, Martial, 86 (pen.),


35439 oxunub

InvestAZ