XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimiz reytinqdə gerilədi
İdman 14:27 / 22.10.2020
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən siyahı ilə müqayisədə Azərbaycan millisi iki pillə geriləyib. Hazırda yığma 1175 xalla 114-cü sırada qərarlaşıb. Geriləməyə səbəb yığmanın Millətlər Liqasının III turunda səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzması və Kiprlə qolsuz heç-heçə etməsidir.
Millinin rəqiblərindən 1225 xala malik Kipr seçməsi bir pillə - 99-cu yerə enib. Əvəzində 1247 xalı olan Lüksemburq 2 pillə irəliləyərək, 95-ci sıraya yüksəlib. Monteneqro isə 1369 xalla 1 pillə irəliləyərək, 64-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1752) və Braziliya (1725) qərarlaşıb. 1486 xalı olan Türkiyə millisi isə 3 pillə geriləyərək 33-cü sırada yer alıb.

33861 oxunub

InvestAZ