XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimizin və "Qarabağ"ın ev oyunları bağlı qərar qəbul olundu
İdman 17:00 / 21.10.2020
UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq, klub və milli komandaların matçlarının Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib. Qərar növbəti bildirişədək qüvvədə olacaq. Təhlükəsizliklə bağlı sentyabrın 27-dən yaranan vəziyyətin inkişafını ətraflı nəzərdən keçirdikdən sonra UEFA hər iki ölkədəki hazırkı şəraitin oyunların təşkili üçün uyğun olmadığı qənaətinə gəlib. Nəticədə AFFA və Ermənistan Futbol Federasiyasından beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri xahiş olunub.
UEFA bəyan edib ki, regiondakı situasiya izləniləcək və İcraiyyə Komitəsinin bugünkü qərarı AVRO-2020-nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının cari planlaşdırılmasına təsir göstərməyəcək.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya "Vilyarreal"ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.

29810 oxunub

InvestAZ