XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi müəyyənləşdi
İdman 16:31 / 21.10.2020
2021-ci ildə keçiriləcək Formula 1 üzrə dünya çempionatının təxmini təqvimi bəlli olub. Siyahıda Azərbaycan Qran-prisinin də hansı tarixdə keçirilə biləcəyi açıqlanıb. Bakıdakı yarışın 23 - 25 apreldə təşkili nəzərdə tutulub. Formula 1-in kommersiya hüquqlarına sahib olan "Liberty Media" yeni mövsümün təqvimini bitirməyə yaxın olduqlarını açıqlayıb. 2021-ci ildə 22 yarış planlaşdırılıb.

Gələn mövsümə martın 14-də Bəhreyndə start verilə bilər. İlin son yarışının dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə olacağı gözlənilir.

Təqvimdə koronavirus pandemiyası səbəbindən müəyyən dəyişikliklərin olacağı istisna edilmir.

Təxmini təqvim:

14 mart - Bəhreyn
28 mart - Vyetnam
11 aprel - Çin
25 aprel - AZƏRBAYCAN
2 may - Niderland
9 may - İspaniya
23 may - Monako
6 iyun - Kanada
20 iyun - Avstriya
27 iyun - Fransa
11 iyul - Böyük Britaniya
25 iyul - Macarıstan
29 avqust - Belçika
5 sentyabr - İtaliya
19 sentyabr - Rusiya
26 sentyabr - Sinqapur
10 oktyabr - Yaponiya
24 oktyabr - Avstraliya
7 noyabr - ABŞ
14 noyabr - Meksika
28 noyabr - Səudiyyə Ərəbistanı
5 dekabr - BƏƏ

32687 oxunub

InvestAZ