XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yerli media nümayəndələrinin akkreditasiyasına start verilib
İdman 12:09 / 15.01.2019

"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 26-28-də dördüncü dəfə keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına start verib.
Azərbaycan Qran-Prisi də daxil olmaqla bütövlükdə 2019-cu il Formula-1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və "Formula One Management” (FOM) şirkəti tərəfindən kurasiya olunur.
Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi fevralın 28-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai yerli media nümayəndələrini qeydiyyatdan keçməyə çağıraraq deyib: "Formula-1 yarışlarında iştirak edən media nümayəndələri müəyyən rəsmi standartlara və kriteriyalara əməl etməlidirlər. Yalnız həmin göstəricilərə tam cavab verən jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılış vəsiqəsi əldə edəcəklər. Fürsətdən istifadə edərək yarışı işıqlandırmaq istəyən bütün jurnalistləri bu kriteriyalarla yaxından tanış olmağa və Formula-1 Azərbaycan Qran-Prisinə gecikmədən qeydiyyatdan keçməyə çağırırıq”.

31851 oxunub

InvestAZ