XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bu gün XX turun daha iki oyunu keçiriləcək
İdman 12:26 / 10.03.2019

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək. Hər iki qarşılaşma paytaxtdan kənarda olacaq. Əvvəlcə "Qəbələ” doğma meydanda "Səbail”i sınağa çəkəcək. Əyalət təmsilçisi 25 xalla 4-cü, paytaxt klubu isə 31 xalla 3-cü pillədə qərarlaşıb. "Səbail” son iki oyunda rəqibinə qol vura bilmir. "Qəbələ” isə evdəki qarşılaşmalarda paytaxt klubuna uduzmayıb və hamısında qol vurmağı bacarıb. Meydan sahiblərinin kapitanı Cavid Hüseynov sarı vərəqə limitini doldurduğu üçün bu görüşdə iştirak etməyəcək. Premyer Liqanın birinci dövrəsindəki matçda "Qəbələ" böyük hesablı qələbə qazanıb - 3:0. İkinci dövrədəki oyunda isə qapılara qol vurulmayıb.
Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası "Kapital Bank Arena”da çempionluğa iddialı "Neftçi” ilə münasibətlərə aydınlıq gətirəcək. Son üç görüşdə rəqibinə uduzmayan flaqman "Qarabağ”ın xal itirməsindən yararlanaraq vahid lider olmağa çalışacaq. "Gənclik şəhəri” təmsilçisi isə son pillədən qurtulmaq niyyətindədir. "Neftçi” 41 xalla ikinci, "Sumqayıt” 16 xalla sonuncu-səkkizincidir. "Neftçi"nin iki futbolçusu bu görüşü buraxacaq. Yarımmüdafiəçi Soni Mustivar sarı vərəqə limitini doldurubsa, Məhəmməd Mirzəbəyov ötən tur "Sabah"la görüşdə qırmızı vərəqə aldığı üçün Sumqayıt səfərində meydana çıxmayacaq. İlk dövrədə flaqman səfərdə rəqibini 2:0 hesabı ilə üstələyib. İkinci dövrədəki görüş qolsuz yekunlaşıb.
Turun digər oyunlarında "Keşlə” "Sabah”ı 3:0 hesabı ilə üstələyib, "Qarabağ” – "Zirə” matçı isə qolsuz bərabərliklə başa çatıb.


Azərbaycan Premyer Liqası, XX tur
10 mart (bazar)

14:00. "Qəbələ” – "Səbail”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0

16:30. "Sumqayıt” – "Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
"Kapital Bank Arena”, 16:30
İlk 2 dövrədəki oyunlar: 0:2, 0:0

32095 oxunub

InvestAZ