XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Messidən Suaresə görə etiraz
İdman 10:46 / 26.09.2020
"Barselona"nın kapıtanı Lionel Messi komandadan ayrılan Luis Suaresə dəstək mesajı verib. Argentinalı futbolçu özünün İnstaqram səhifəsindəki paylaşımında Suaresin klubdan adına layiq olmayan şəkildə göndərildiyini yazıb.
"Mən artıq sənin getməyini qəbul edirdim. Amma bu gün paltardəyişmə otağına girəndə olanları tam təsvir edə bildim. Hər günü sənsiz bölüşmək - həm meydanda, həm də ondan kənarda - çətin olacaq. Biz sənsiz çox darıxacağıq. Səni başqa bir komandanın formasında görmək və sənə qarşı oynamaq təəccüblü olacaq. Sən "Barselona" tarixinin ən vacib oyunçularından biri kimi, burdakı uğularına görə klubdan layiqli şəkildə göndərilməli idin. Sən klubdan atılmağa layiq biri deyildin. Amma yekunda belə oldu. Amma məni daha heç nə təəccübləndirmir. Mən sənə yeni macəranda ən yaxşı uğurları arzulayıram. Səni sevirəm. Tezliklə görüşərik" - deyə Messi yazıb.
Qeyd edək ki, L.Suares bugünlərdə "Barselona"dan "Atletiko"ya keçib. Onunla sabiq klubunun rəhbərliyi arasında problemlər olduğu bildirilir.

30582 oxunub

InvestAZ