XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Formula 1 təqviminə yeni mərhələ əlavə oluna bilər
İdman 17:14 / 24.09.2020
Səudiyyə Ərəbistanının dövlət qurumları "Liberty Media” ilə əməkdaşlığı genişləndirir. Belə ki, artıq dövlət neft şirkəti "Aramco” Formula 1-in qlobal tərəfdaşıdır. Bununla da, gələn il təqvimə yeni mərhələ əlavə oluna bilər. Ölkənin paytaxtı Ər-Riyaddan 45 kilometr aralıda, Qran-Prinin keçirilməsinin nəzərdə tutulduğu Qiddiyada sahəsi
334 kvadrat kilometr olan möhtəşəm şəhər parkının inşası planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən layihə dayandırılıb. Amma yarış keçirmək iddiasından imtina edilməyib.
Nəşrin məlumatına görə, gələn il Səudiyyə Ərəbistanı Qran-Prisi ölkənin "iqtisadi paytaxtı” - Ciddədə keçirilə bilər və gələcəkdə Qiddiyaya köçürüləcək.

30337 oxunub

InvestAZ