XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Hakimlərin növbəti vebinarı keçirildi
İdman 13:24 / 24.09.2020
Bu gün Azərbaycan Güləş Federasiyasının hakimlər üçün növbəti onlayn seminarı keçirilib. Sayca 6-cı dəfə təşkil olunan vebinarın budəfəki mövzusu qayda pozuntuları olub. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev hansı hərəkətlərin qayda pozuntusu sayıldığını qeyd etdikdən sonra müxtəlif qarşılaşmalardan nümayiş etdirilən videolarda mövzuyla bağlı vəziyyətləri izah edib. Vebinarın ikinci hissəsində mürəkkəb vəziyyətlərdə qarşılıqlı fəndlərin icra olunduğu epizodlar müzakirə edilib.
Qeyd edək ki, güləş hakimlərinin ənənə halını alan vebinarı hər həftə keçirilir. Məqsəd ədalət təmsilçilərinin nəzəri biliklərini daha da təkmilləşdirməkdir.

31659 oxunub

InvestAZ