XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



45-ci Superkubokun qalibi kim olacaq?
İdman 11:34 / 24.09.2020
Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək. Sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək.
Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək.
Oyun öncəsi "Bavariya"nın heyətində ciddi itkilər var. Komandanın bombardiri Robert Levandovski və müdafiəçi Tanqi Kuassi zədə səbəbindən, yarımmüdafiəçi Kinqsli Koman isə karantində olduğu üçün matçı buraxacaq. Digər zədəlilər - Entoni Deyvislə Leon Qoretskanın oynaması sual altındadır. "Sevilya"da isə Sebastyan Korşya və Pablo Peres eyni səbəbdən meydana çıxa bilməyəcəklər.
Pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçiriləcək. Görüşü "Bavariya"dan 1 300, "Sevilya"dan isə 500 tərəfdarın izləyəcəyi gözlənilir.
Superkuboku indiyədək ən çox İtaliya "Milan"ı və İspaniya "Barselona"sı qazanıb - 5 dəfə. Kataloniyalılar 4, "qırmızı-qaralar" isə 2 dəfə həlledici oyunda uduzublar.
Titul uğrunda son 11 matçın 9-da İspaniya klubları ("Barselona" 5 dəfə, "Atletiko" və "Real Madrid" 3 dəfə ) qələbəni bayram ediblər. Superkuboku ən çox qazanan da Pireney təmsilçiləridir. İspaniyalılar 27 oyunun 15-də qalib gəlməyi bacarıblar. İtaliya klubları isə 9 dəfə Superkuboka sahib çıxıblar.

Titulu ümumilikdə 12 ölkədən 24 fərqli komanda qazanıb.

UEFA Super Kuboku

24 sentyabr

23:00. "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt. "Ferents Puşkaş" stadionu

Qeyd edək ki, UEFA Super Kubokunun son qalibi İngiltərənin "Liverpul" klubudur.

33938 oxunub

InvestAZ