XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



Tokio-2020-yə hazırlıq müzakirə edilib
Olimpiya oyunları 18:54 / 23.09.2020
Yaponiyanın yeni Baş Naziri Yoşihide Suqa ilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax arasında telefon danışığı olub. Bu barədə jurnalistlərə Yaponiyanın Olimpiya və Paralimpiya oyunları üzrə naziri Seyko Haşimoto məlumat verib. O deyib ki, telefon danışığı zamanı Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının açılışı və uğurla təşkili üçün hazırlıqlar müzakirə edilib.
Keçən həftə təşkilat komitəsinin sədri Yoşiro Mori də T.Bax ilə telefon əlaqəsi saxlayıb. O, həmin danışığın nəticəsi olaraq BOK rəhbərinin oktyabrın sonunda Yaponiyaya səfər edərək ölkənin yeni Baş Naziri ilə görüşə biləcəyi barədə məlumat verib.
Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən Olimpiada bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

29935 oxunub

InvestAZ