XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Keşlə”dən böyükhesablı qələbə
İdman 10:50 / 10.03.2019

Topaz Premyer Liqasının 20-ci turuna start verilib. Turun açılış görüşü "ASK Arena” stadionunda keçirilib. "Keşlə” debütant "Sabah” klubu ilə üz-üzə gəlib.
İlk dəqiqələrdən rəqibin qapısı önündə təhlükəli hücumlar yaradan "Keşlə” matçın 26-cı dəqiqəsində hesabı açıb. Conatan Ayite cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. Fasiləyə qədər hesab dəyişməyib. Qarşılaşmanın ikinci hissəsi başlayan kimi meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar. Conatan Ayite adını tabloya yazdıraraq oyunda dublunu rəsmiləşdirib – 2:0. Matçın 66-cı dəqiqəsində "Keşlə” yenidən fərqlənməyə nail olub. Cabir Əmirli fərdi ustalığı sayəsində rəqibin qapıçısına şans verməyib – 3:0.
Qalan dəqiqələrdə hücumların kəsərini artıran "Sabah” fərqlənməyə yaxın olsa da, paytaxt təmsilçisi qapısını toxunulmaz saxlayıb.
Bu qələbədən sonra xalların sayını 19-a çatdıran "Keşlə” turnir cədvəlində 6-cı pilləyə yüksəlib. "Sabah” isə 21 xalla 5-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, turun birinci gününün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Çempion "Qarabağ” "Zirə” klubunu qəbul edəcək. Görüş 18:30-da start götürəcək.

33484 oxunub

InvestAZ