XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



PSJ prezidenti həbs edilə bilər
İdman 16:29 / 23.09.2020
Fransanın "Pari Sen-Jermen" futbol klubunun, "beIN Media Group Nasser” mediaholdinqinin rəhbəri Nasser Al-Xelaifi və FİFA-nın keçmiş baş katibi Jerom Valke korrupsiya ilə bağlı iş üzrə üç ilə qədər həbs cəzası ala bilər.
Məlumata görə, ilk məhkəmə işində İsveçrə Prokurorluğu Al-Xelaifiyə 28 ay, Valkeyə 3 il həbs cəzası tələb edib. Əgər prokurorluğun tələbi təmin edilsə, bu hadisə Avropa futbolu tarixində ilk olacaq.
Xatırladaq ki, Al-Xelaifi və Valke dələduzluqda, saxta sənədlərin hazırlanmasında, xüsusi şəxslərin ələ alınmasında şübhəli bilinirlər. İstintaqın məlumatına görə, Al-Xelaifi dünya çempionatları matçlarının translyasiyası hüquqlarının alınması üçün Valkeyə rüşvət verməkdə ittiham edilir. 2018-ci ilin yanvarında Valke 12 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

34394 oxunub

InvestAZ