XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bakıda keçiriləcək gimnastika yarışlarının tarixi müəyyənləşdi
İdman 17:11 / 22.09.2020
Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən təşkil olunan batut və idman gimnastikası üzrə ənənəvi dünya kuboklarının növbəti il üçün tarixləri müəyyənləşib.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin bir neçə gün əvvəl videokonfrans formatında keçirilmiş görüşündə 2021-ci ildə təşkil ediləcək dünya kubokları, eləcə də "challenge” seriyalı dünya kuboklarının məkan və tarixləri barədə qərar qəbul edilib.
Beləliklə, növbəti ildə Milli Gimnastika Arenası batut gimnastikası və tamblinq üzrə dünya kubokuna fevralın 13-14-də, idman gimnastikası üzrə dünya kubokuna isə martın 4-7-də ev sahibliyi edəcək.
Cari il aprelin 24-26-da keçirilməli olan, lakin pandemiya səbəbindən təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku isə gələn il mayın 7-9-da təşkil ediləcək.

29755 oxunub

InvestAZ