İdman 20:22 / 09.03.2019
"Mançester Siti” klubunun argentinalı hücumçusu Serxio Aquera fevral ayında İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.
30 yaşlı futbolçu fevralda 4 oyunda 7 dəfə fərqlənib. Serxio Aquera "Çelsi” və "Arsenal” ilə oyunda xet-trik edib, "Vest Hem”in qapısına isə qələbə topunu vurub.
Argentinalı cari mövsümdə İngiltərə Premyer Liqasında 18 qolla bombardirlər cədvəlində liderliyini qoruyur.