XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Zəka sahibimiz Avropa çempionatının qalibi oldu
İdman 11:26 / 21.09.2020
Azərbaycan şahmatçılarının da iştirak etdikləri onlayn Avropa birinciliyi başa çatıb. 12 yaşadək şahmatçılar arasında təmsilçimiz Cahandar Azadəliyev 8 xalla qitə çempionatının qalibi olub. Bu yaş qrupunda Xəqan Əhməd 6,5, Nərmin Abdinova 6, Lalə Hüseynova 5, Leyla Budaqova 4,5, Fərid Orucov 3 xal qazanıblar. On səkkiz yaşadək şahmatçılarımız arasında isə Ləman Hacıyeva 7 xalla üçüncü yeri tutub. Onun komanda yoldaşları Abdulla Qədimbəyli, Məhəmməd Muradlı 6, Sadiq Məmmədov 5,5, Gövhər Beydullayeva 6,5 və Ayan Allahverdiyeva 5 xal toplayıblar. Digər yaş qrupunda - on altı yaşadək şahmatçıların yarışlarında Əhməd Əhmədzadə 7, Aydın Süleymanlı 6,5, Səbinə Rzalı 6, Xəzər Babazadə 5,5, Mələk İsmayıl, Nəsrin Babayeva 5 xal əldə ediblər. On dörd yaşlı şahmatçıların mübarizəsində isə Read Səmədov 7 xalla 3-4-cü yerləri bölüşüb. Ümid Aslanov 5, Hüseyn Seyid 4, Səmra Qasımova, Aysel Cəfərova, Nazlı Hümbətova 5 xal toplayıblar.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.

29724 oxunub

InvestAZ