XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Neftçi” ilk derbidə “Qarabağ”a qalib gəldi
İdman 10:01 / 21.09.2020
Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü tura yekun vurulub. Turun son və mərkəzi görüşündə əzəli rəqiblər - "Qarabağ” və "Neftçi” üz-üzə gəlib. "Azərsun Arena”da keçirilən görüşdə qonaqlar 2:1 hesablı qələbə qazanıblar. Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi” Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1. İkinci hissədə "ağ-qaralar” daha bir qol vurublar. Oyunun 68-ci dəqiqəsində Namiq Ələsgərov qapıçı ilə dueldən qalib ayrılaraq topu boş qapıya göndərib – 1:2.
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi” 3-cü pilləyə yüksəlib. "Qarabağ” isə 4 xalla beşinci sıradadır.
Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ” öz meydanında "Keşlə” ilə qolsuz heç-heçə edib. "Sumqayıt” doğma meydanda "Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. Sentyabrın 20-də isə "Sabah” səfərdə "Zirə”ni məğlubiyyətə uğradıb - 2:0.

28876 oxunub

InvestAZ