XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycanlı FİFA referisi Avropa Liqasının oyununa təyinat aldı
İdman 19:36 / 20.09.2020

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev bu mövsüm UEFA-dan ilk təyinatını alıb. 33 yaşlı beynəlxalq dərəcəli hakim Rumıniyaya yollanacaq. O, sentyabrın 24-də yerli "Styaua" və Çexiyanın "Slovan" (Liberets) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq.

İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Curcu şəhərindəki Marin Anastasoviçi adına stadionda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.


35757 oxunub

InvestAZ