XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüş
İdman 14:42 / 20.09.2020
"Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib. Tədbirdə XXXI Yay Olimpiadasının bürünc mükafatçısı, üçqat Avropa çempionu, dünya çempionatlarının ikiqat gümüş, Avropa Oyunlarının bürünc medalçısı, "Tərəqqi” medalı ilə təltif edilmiş güləşçi Cəbrayıl Həsənovun idman ictimaiyyətinin nümayəndələri, gənclər və könüllülərlə görüşü olub.
Dünya şöhrətli idmançı onlayn görüşdə güləşin çətinlikləri, çempionatlarda üzləşdiyi problemlər, onların həll yolları, eləcə də qazandığı nailiyyətlər və qarşıdakı hədəflərdən bəhs edib. O, rəqiblərinin hazırlığı və onların yığmamızla müqayisəsinə də toxunub.
Daha sonra gənclərin suallarını cavablandıran C.Həsənov onlara tövsiyələrini verib.
Qeyd edək ki, C.Həsənov 2016-cı ildə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətinə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Onlayn görüş "Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası, "Azərbaycan İdman Könüllüləri” və "Azərbaycan İdmançıları” İctimai birliklərinin təşkilatçılığı ilə reallaşdırılıb.

37134 oxunub

InvestAZ