XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Güləş üzrə yığma komandalarımızın açıq məşqi olub
İdman 11:00 / 20.09.2020
Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız hazırlıq prosesini davam etdirirlər. Sentyabrın 19-da milli komandalarımızın açıq məşqi olub. Azərbaycan Güləş Federasiyasının stadionunda keçirilən hazırlıq prosesi bir saat davam edib. Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan millilərimiz karantin dövründə də məşqlərə ara verməyiblər. Belə ki, güləşçilərimiz pandemiya ilə əlaqədar ölkədə sərt karantin rejiminin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər ediblər. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib. Hazırda yığmalarımız açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir. Azərbaycan Güləş Federasiyası idmançılarımızın yüksək hazırlıq səviyyəsində olması üçün
milli komandalara lazım olan şərait yaradıb, maddi-texniki təminat həyata keçirilib.

32378 oxunub

InvestAZ