XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Mixael Şumaxerdən yeni xəbər var
İdman 14:38 / 19.09.2020
İsveçrəli neyrocərrah Erik Riderer Formula 1 üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin vəziyyətə barədə danışıb. Riderer RMC-yə açıqlamasında almaniyalı sabiq sürücünün vegetativ vəziyyətdə olduğunu bildirib. Bu isə Şumaxerin oyandığı, amma cavab vermədiyi anlamına gəlir: "O, nəfəs alır, ürəyi döyünür. Yəqin ki, otura və insanların köməyilə xırda addımlar ata bilər. Fikrimcə, bu, Şumaxerin maksimumudur. Onun qəzayadək olan vəziyyətinə qayıtma şansının olmadığını düşünürəm". Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

47000 oxunub

InvestAZ