XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bakı idman gimnastikası üzrə Dünya kuboku yarışlarına ev sahibliyi edəcək
İdman 19:00 / 09.03.2019
 
Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Dünya kuboku yarışlarına ev sahibliyi edəcək.
Milli Gimnastika Arenasında keçiriləcək turnir Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak etmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. 
Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 42 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Turnirdə çox sayda Olimpiya mükafatçısı, dünya və Avropa çempionatının medalçısı mübarizə aparacaq. 
Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.

33392 oxunub

InvestAZ