XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Zəka sahiblərimiz onlayn Avropa çempionatında mübarizə aparacaq
İdman 18:19 / 17.09.2020
Sentyabrın 18-də 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında onlayn Avropa çempionatı start götürəcək. Qitə birinciliyində Azərbaycanı bütün yaş qruplarında şahmatçılar təmsil edəcəklər. Belə ki, 18 yaşadək şahmatçıların mübarizəsində təmsilçilərimizdən Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Sadiq Məmmədov, Gövhər Beydullayeva, Ləman Hacıyeva və Ayan Allahverdiyeva yarışacaqlar. Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Mələk İsmayıl, Səbinə Rzalı, Nəsrin Babayeva 16, Read Səmədov, Ümid Aslanov, Hüseyn Seyid, Səmra Qasımova, Aysel Cəfərova, Nazlı Hümbətova 14 yaşadək şahmatçılar arasında mübarizə aparacaqlar. Aşağı yaş qrupunda – 12
yaşadək idmançıların yarışında isə Cahandar Azadəliyev, Xəqan Əhməd, Faiq Orucov, Nərmin Abdinova, Leyla Budaqova, Lalə Hüseynova iştirak edəcəklər.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçiriləcək. Turnirə sentyabrın 20-də yekun vurulacaq.

35367 oxunub

InvestAZ