XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqasında daha 5 qarşılaşma
İdman 12:07 / 16.09.2020


UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə bu gün 5 qarşılaşma ilə yekun vurulacaq. Günün ilk matçında "Omoniya" Kiprdə Serbiyanın "Srvena Zvezda" komandasını qəbul edəcək.
Bakı vaxtı ilə eyni saatda - 21:00-da start götürəcək oyunlarda "Qarabağ" Norveç "Molde"si, Macarıstan "Ferentsvaroş"u Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası, İsrailin "Makkabi" (Təl-Əviv) klubu isə Belarus təmsilçisi "Dinamo" (Brest) ilə qarşılaşacaq.
Mərhələnin son matçı isə Danimarkada "Midtüllann” və İsveçrə "Yanq Boyz”u arasında olacaq.
Qalib komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin edə biləcəklər.

16 sentyabr

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya)

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus)

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)

22:30. "Midtüllann” (Danimarka) - "Yanq Boyz” (İsveçrə)

Qeyd edək ki, ilk oyun günündə keçirilmiş matçlardan sonra "Dinamo" (Kiyev, Ukrayna), PAOK (Yunanıstan) və "Gent" (Belçika) komandaları Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.



49594 oxunub

InvestAZ