XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqasının topu ictimaiyyətə təqdim olundu
İdman 17:43 / 15.09.2020
Futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümündə istifadə olunacaq top ictimaiyyətə təqdim edilib. "Adidas” şirkətinə məxsus olan "Finale 20” adlı topun üzərində qırmızı və göy rənglər yer alıb. Top ilk dəfə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu həftə keçiriləcək oyunlarda istifadə olunacaq.
Turnirin qrup mərhələsinin oyunları oktyabrın 20-də, final görüşü isə 2021-ci ilin mayın 29-da İstanbulda oynanılacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ” sentyabrın 16-da "AEK Arena”da Norveçin "Molde” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo” (Zaqreb, Xorvatiya) – "Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

35053 oxunub

InvestAZ