XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Donald Trampdan Həbib Nurməhəmmədova tərif
İdman 15:33 / 15.09.2020
ABŞ prezidenti Donald Tramp Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu dünyanın ən güclü MMA döyüşçüsü adlandırıb. Bu barədə Tramp Nurməhəmmədovun oktyabrda ABŞ təmsilçisi Castin Geyci ilə qarşılaşması barədə danışarkən açıqlama verib.
ABŞ prezidenti bu görüşə baxacağını bildirib: "Geyci çəki dərəcələrindən asılı olmayaraq dünyanın reytinqdə bir nömrəli döyüşçüsünə qarşı möhtəşəm qarşılaşmaya çıxacaq. O, rəqibini nakauta salacağını söylədi. Döyüş prezident seçkilərindən əvvəl olacaq, amma izləmək fikrindəyik. İnanılmaz mübarizə olacaq".
Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC-254 turniri zamanı gerçəkləşəcək.

36010 oxunub

InvestAZ