XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İngiltərədə futbol mövsümünə start verildi
İdman 10:32 / 13.09.2020

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünə start verilib. İlk oyun günündə keçirilməli olan 6 matçdan dördü baş tutub. Ötən mövsüm Premyer Liqa və Çempionşipdə qalib adını qazanan "Liverpul” və "Lids” arasında qarşılaşma məhsuldarlığı ilə diqqət çəkib. 7 qolun vurulduğu matçda lidslilər 3 dəfə hesabı bərabərləşdirsə də, "mersisaydlılar" qələbə qolunu vura bilib. Məhəmməd Salah bu matçda het-trikə imza atıb.
"Arsenal” səfərdə "Fulhem”i darmadağın edib. "Kristal Pelas” öz meydanında "Sauthempton”u bir qolla üstələyib. Günə "Vest Hem” – "Nyukasl” matçı ilə yekun vurulub. Qarşılaşmanın taleyini qonaqların ikinci hissədə vurduğu qollar həll edib.
Qeyd edək ki, turun digər matçları sentyabrın 13-14-də keçiriləcək.
İngiltərə Premyer Liqası I tur 12 sentyabr "Fulhem” – "Arsenal” – 0:3 Lakazet, 8, Qabriel, 49, Obameyanq, 57 "Bernli” – "Mançester Yunayted” – təxirə salınıb "Kristal Pelas” – "Sauthempton” – 1:0 Saha, 13 "Mançester Siti” – "Aston Villa” – təxirə salınıb "Liverpul” – "Lids” – 4:3 Salah, 4 (pen.), 33, 88 (pen.), van Deyk, 20 – Hartson, 12, Bamford, 30, Klix, 66 "Vest Hem” – "Nyukasl” – 0:2 Uilson, 56, Hendrik, 87


40034 oxunub

InvestAZ