XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Salyanda mini futbol yarışı keçirilib
İdman 13:13 / 12.09.2020
Salyan Rayon Gənclər və İdman İdarəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə layihəsi olan "Könüllülər kuboku”nun əsasnaməsinə uyğun olaraq mini-futbol yarışı keçirilib.
Yarışda 1 saylı tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yuxarı Noxudlu kənd orta məktəbi yarışı ikinci, Salyan Rayon Gənclər və İdman İdarəsinin komandası isə üçüncü pillədə başa vurublar.
Qalib komandanın oyunçuları "Könüllülər kuboku”nun müvafiq diplomları və Salyan Rayon Gənclər və İdman İdarəsinin fərqlənmə diplomları ilə təltif olunublar.

37745 oxunub

InvestAZ