XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Premyer Liqası: "Zirə" səfərdə "Səbail"in qonağı olacaq
İdman 12:38 / 12.09.2020

Bu gün Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək. "Zirə" səfərdə "Səbail"in qonağı olacaq. "ASCO Arena"dakı görüş saat 19:00-da start götürəcək.
İndiyədək çempionatda 11 dəfə üz-üzə gələn komandaların duelində "dənizçilər" 3 qələbə qazanıblar. "Qartallar" isə 6 qarşılaşmada meydanı 3 xalla tərk ediblər. 2 görüş heç-heçə yekunlaşıb. Top fərqi də "Zirə"nin xeyirinədir - 15:7.
"Səbail” 4 oyundur meydanı qolsuz tərk etmir. "Zirə” isə son iki görüşdə rəqibinə qalib gəlib.

12 sentyabr

Azərbaycan Premyer Liqası

II tur

19:00. "Səbail”– "Zirə” Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: İlham Əliyev "ASCO Arena”.

Qeyd edək ki, II turun ilk 2 oyunu dünən baş tutub. "Neftçi" doğma meydanda "Sumqayıt"a 0:2 hesabı ilə uduzub, "Qarabağ" isə səfərdə "Keşlə" ilə qolsuz heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək "Sabah" - "Qəbələ" oyunu ilə yekun vurulacaq

38814 oxunub

InvestAZ