XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AFFA-dan ayrılan mütəxəssis Afrikada işləyəcək
İdman 17:22 / 11.09.2020

AFFA-nın Texniki direktoru Bernhard Lippertin yeni iş yeri müəyyənləşib. Almaniyalı mütəxəssis Qana Futbol Assosiasiyasında (GFA) eyni vəzifəni icra edəcək. Lippert bu postda Fransis Oti Akentenqini əvəzləyəcək.
GFA-ya texniki direktor postu üçün 100-dən çox məşqçi müraciət edib. Bu vəzifəyə 6 namizəd müsahibə üçün seçilib. Onlardan yarısı yerli, yarısı əcnəbi olub. Həmin şəxslər videokonfrans yolu ilə müsahibələrdən keçib.
Qurumun Lippertlə şəxsi şərtləri razılaşdırdıqdan sonra onun təyinatını açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Bernhard Lippert 2008-ci ildən bu ilin iyulunadək Azərbaycanda çalışıb. Lippert bu müddət ərzində U-21 və U-19 yığma komandalarında baş məşqçi kimi də çalışıb.

33330 oxunub

InvestAZ