XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Əfsanəvi futbolçunun daha üç övladı olduğu müəyyənləşib
İdman 14:27 / 09.03.2019

Argentina milli komandasının əfsanəvi futbolçusu Dieqo Maradonanın vəkili Matias Morla onun daha üç uşaq atası olduğunu etiraf edib.
59 yaşlı sabiq hücumçu atalıq testi aparmaq üçün Kubanın paytaxtı Havanaya gedəcək. Onun bundan sonra iki qadından daha üç uşağın atası olduğu rəsmiləşəcək. Həmin şəxslər Maradonanın soyadını daşıyacaqlar. 
Maradona 2000-2005-ci ildə Kubada narkotik aludəçisi olduğuna görə müalicə alıb.
Qeyd edək ki, hazırda Meksikanın "Dorados" komandasının baş məşqçisi olan Maradonanın daha öncə ilk həyat yoldaşından iki qızı, hazırkı həyat yoldaşından isə bir oğlu var. O, həmçinin məhkəmələrdən sonra daha iki uşağın (oğlan və qız) atası olduğunu etiraf edib. 

36090 oxunub

InvestAZ