XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Sebastyan Fettel “Aston Martin” ilə müqavilə imzaladı
İdman 15:17 / 11.09.2020
Formula 1 üzrə dördqat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib. Cari mövsüm başa çatdıqdan sonra "Ferrari”ni tərk edəcək S.Fettelin yeni komandası "Aston Martin” olacaq. Bu barədə komandanın rəsmi saytı məlumat yayıb. Almaniyalı pilot 2021-ci ildən "Aston Martin”də çıxış edəcək. S.Fettel karyerası ərzində 249 yürüşdə iştirak edib. Onlardan 120-də podiuma qalxıb və 53-də isə qələbə qazanıb. Pilot 2010-2013-cü illərdə "Red Bull” komandası ilə ardıcıl 4 dəfə çempion olub.
31652 oxunub

InvestAZ