XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



US Open turnirində qalmaqal yaşanıb
İdman 13:00 / 11.09.2020
Amerikalı tennisçi Frensis Tiafu US Open tennis turnirinin dördüncü dairəsində 4 min dollar məbləğində cərimələnib. Buna səbəb isə onun rusiyalı rəqibi Danil Medvedevin oyunun birinci setində qazandığı xaldan sonra qeyri-etik hərəkət etməsi olub. Qarşılaşma D.Medvedevin üç setdə 6:4, 6:1, 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdən sonra fikir bildirən Danil Medvedev ona qarşı edilən hərəkəti görmədiyini deyib. "Onun mənə qarşı pis hərəkət etdiyini görmədim. Biz dost münasibətlərindəyik. Elə bir hadisə olsa belə, düşünürəm ki, o bunu zarafatla edib”, - deyə tennisçi bildirib.
Qeyd edək ki, ötən il D.Medvedev US Open təşkilatçıları tərəfindən cərimələnib. Buna səbəb isə tennisçinin ispaniyalı rəqibi Felisiano Lopesə qarşı keçirdiyi oyunda azarkeşə hörmətsizlik etməsi olub. Tennisçi təşkilatçılar tərəfindən 4 min dollar məbləğində cərimələnmişdi.

48589 oxunub

InvestAZ