XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Mayk Tayson ən yaxşıların siyahısını açıqladı
İdman 12:28 / 11.09.2020
Boks üzrə superağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson müasir dövrün ən yaxşı boksçularının adlarını açıqlayıb. Əfsanəvi boksçu ukraynalı Vasili Lomaçenkonu, amerikalı Devin Heyn, Şakur Stivenson, Cervont Devis, Erol Spens və Rayan Qarsiyanı ən yaxşıların siyahısına əlavə edib. Onun fikrincə, sadaladığı boksçuların qarşılaşmaları marağa səbəb olur.
Xatırladaq ki, M.Tayson aprel ayında xeyriyyə turnirlərində çıxış etmək istəyini bildirmişdi. O, hətta zaldan videolar paylaşaraq, məşqlərə başladığını qeyd etmişdi. Noyabrın 28-də idmançının kiçik Roy Cons ilə sərgi qarşılaşması keçirməsi gözlənilir.
Qeyd edək ki, Mayk Tayson 2005-ci ildən rinqə çıxmır. Boksçu keçirdiyi 58 döyüşdən 50-i qələbə ilə başa vurub. O,döyüşlərdən 44-də rəqibini nakautla zərərsizləşdirib. Həmçinin M.Tayson tarixdə ağır çəkidə dünya çempionu olmuş ən gənc boksçudur.

55894 oxunub

InvestAZ