XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millətlər Liqası: İkinci turun oyunları başa çatdı
İdman 11:24 / 09.09.2020
Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turuna yekun vurulub. Turun sonuncu oyun günündə A, C və D liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub.
C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi səfərdə Kipr seçməsinin qonağı olub. Millimiz Nikosiyada Kipr komandasını minimal hesabla məğlub edib - 1:0. Oyunda yeganə qolun müəllifi 29-cu dəqiqədə kapitan Maksim Medvedev olub.
Azərbaycan millisi növbəti oyununu Monteneqro yığmasına qarşı keçirəcək. Görüş oktyabrın 10-da baş tutacaq.
zərbaycan millisinin yer aldığı qrupun digər görüşündə Lüksemburq öz meydanında Monteneqro seçməsinə son dəqiqələrdə (90-cı) buraxdığı qolla məğlub olub.
Günün ən maraqlı görüşü "Stad de Frans” stadionunda baş tutub. Sonuncu dünya çempionatının finalçıları Fransa və Xorvatiya yığmaları üz-üzə gəlib. Məhsuldarlığı ilə seçilən görüşdə fransızlar güclü olub - 4:2. Fransa millisinin heyətində Antuan Qrizman, Dominik Luvakoviç (avtoqol), Dayo Upamkano, Olivye Giru, Xorvatina seçməsinin isə Deyan Lovren və Yosip Brekalo fərqləniblər.

Turun digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:

A liqası (3-cü qrup)

İsveç – Portuqaliya - 0:2.

A liqası (2-ci qrup)

Belçika — İslandiya - 5:1;

Danimarka — İngiltərə - 0:0.

C liqası (2-ci qrup)

Gürcüstan – Şimali Makedoniya - 1:1;

Ermənistan – Estoniya - 2:0.

D liqası (2-ci qrup)

San-Marino – Lixtenşteyn - 0:2.

35549 oxunub

InvestAZ