XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Molde”nin müraciəti cavabsız qaldı
İdman 18:33 / 08.09.2020
Norveç hökuməti "Molde” klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”la Bakıdakı oyun üçün istisna xahişini cavabsız qoyub. Bunu ölkənin mədəniyyət naziri Abid Raca deyib. O, yerli mətbuata açıqlamasında "Molde”nin Azərbaycan səfərindən sonra Norveçdə karantinə alınmaması üçün etdiyi müraciətin cavablandırılmadığını söyləyib. Yəni görüş ölkəmizdə baş tutarsa, Norveç çempionu vətəninə döndükdən sonra koronavirus pandemiyası ilə əlaqədar 10 günlük karantinə alınmalıdır: "Təəssüf ki, "Molde”nin "Qarabağ”la oyununa qədər mümkün istisna ilə bağlı cavab alınmayacaq. Buna görə də, mən Norveç Futbol Federasiyasını və "Molde” klubunu məlumatlandırdım ki, gələn həftənin sonuna qədər hökumətin məsələyə reaksiyası olmayacaq. Yəni proqramlarını buna uyğun qurmalıdırlar. Bu isə o deməkdir ki, UEFA-nın əsasnaməsinə uyğun şəkildə "Qarabağ”la qarşılaşmanın neytral meydanda keçirilməsi planlaşdırılmalıdır”.
Qeyd edək ki, "Qarabağ” – "Molde” oyunu sentyabrın 16-da Bakıya salınsa da, UEFA hələlik yekun qərarını verməyib.

36379 oxunub

InvestAZ