XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İddiaçılar Turniri oktyabrda bərpa olunacaq
İdman 18:20 / 08.09.2020
Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış şahmat üzrə İddiaçılar Turniri oktyabrın 28-də Rusiyanın Yekaterinburq şəhərində bərpa olunacaq. Bu barədə Sverdlovsk vilayətinin Şahmat Federasiyasının prezidenti Andrey Simanovski TASS-a açıqlama verib.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçlə daimi əlaqədə olduğunu deyən Simanovski ona turnirin noyabrın 11-dək davam edəcəyi barədə məktubun gəldiyini diqqətə çatdırıb. O, yarışın şahmatçılar üçün epidemioloji situasiyanın sabitliyi şərti ilə keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İddiaçılar Turniri martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsini kəsməsi səbəb olub. 8 qrossmeysterin qatıldığı turnir VII turdan sonra yarımçıq qalıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.
Vaşye-Laqrav məhz koronavirusun yayılması ilə əlaqədar turnirdən imtina etmiş Azərbaycan təmsilçisi Teymur Rəcəbovu əvəzləmişdi.

32411 oxunub

InvestAZ