XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Topaz Premyer Liqası: “Keşlə “Sabah”a, ağdamlılar isə “Zirə”yə qarşı
İdman 10:53 / 09.03.2019
   
Bu gün futbol üzrə Topaz Premyer Liqasının 20-ci turun oyunlarına  start veriləcək.
Turun oyunları iki gün ərzində keçiriləcək. Turun saat 15:00-da başlayacaq birinci görüşündə "Keşlə” və "Sabah” komandaları üz-üzə gələcəklər. Qarşılaşmanı Rəhim Həsənov idarə edəcək.
Ölkə kubokunun sonuncu qalibi olan "Keşlə” hazırda 16 xalla 7-ci, debütant "Sabah” isə 21 xalla 5-ci pillədə qərarlaşıb. Bu komandalar arasında ilk iki dövrənin qarşılaşmalarında "Sabah” qalib gəlib.
İyirminci turun birinci gününə saat 18:30-da oynanılacaq "Qarabağ” – "Zirə” matçı ilə yekun vurulacaq. Görüşün baş hakimi Rauf Cabbarov olacaq. Ağdam təmsilçisi son on oyunda uduzmayıb. Paytaxt təmsilçisi isə son dörd qarşılaşmada məğlub olmayıb.
Turun martın 10-da keçiriləcək digər oyunlarında "Qəbələ” klubu "Səbail”, "Sumqayıt” isə "Neftçi”ni qəbul edəcək.
19 turdan sonra turnir cədvəlində "ikihakimiyyətlilik” yaranıb. Hazırda hər ikisinin aktivində 41 xal olan "Neftçi” və "Qarabağ” birinci və ikinci yerləri bölüşürlər. "Səbail” klubu 31 xalla üçüncü, 25 xalı olan "Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, "Sabah” (21), "Zirə” (18), "Keşlə” (16) və "Sumqayıt” (16) yer alıblar.

30517 oxunub

InvestAZ