XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimiz bu gün Millətlər Liqasında növbəti görüşünü keçirəcək
İdman 17:22 / 08.09.2020
Futbol üzrə Azərbaycan yığma komandası sentyabrın 8-də UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Kipr seçməsi ilə qarşılaşacaq. Nikosiyadakı "GSP” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.
C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.
Lüksemburq yığması ilə matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq. Kipr seçməsində isə Nikolas İoannu öz istəyi ilə heyətdən çıxarılıb.

34073 oxunub

InvestAZ