XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Real” baş məşqçisini istefaya göndərəcək
İdman 18:17 / 08.03.2019
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Santyaqo Solari tezliklə istefaya göndərilə bilər.
Artıq "kral klubu"nun rəhbərliyi müvafiq qərar qəbul edib. 
Səbəb kimi komandanın Çempionlar Liqasından kənarda qalması göstərilir. Madridlilər 1/8 finalda Hollandiya "Ayaks"ına iki oyunun yekununda 3:5 hesabı ilə uduzaraq, sensasiyalı şəkildə yarışla vidalaşıb.
Baş məşqçi postuna əsas namizədlər qismində Zinəddin Zidanla Joze Mourinyo göstərilir. Mourinyonun bu vəzifəni tutma ehtimalı daha böyükdür. Hər iki mütəxəssis əvvəllər də "Real Madrid"ə rəhbərlik ediblər. Zidan 2016-2018-ci illərdə çalışdığı komandaya ölkə çempionluğu və 3 dəfə Çempionlar Liqasını, Mourinyo isə 2010 2013-cü illərdə işlədiyi kollektivə çempionluq, ölkə kuboku və Superkubok qazandırıb.
Qeyd edək ki, hazırda "Real Madrid" La Liqada 48 xalla 3-cü pillədə qərarlaşıb. 

32974 oxunub

InvestAZ