XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millətlər Liqası: Niderland yenə də öz meydanında İtaliya ilə bacarmadı
İdman 10:23 / 08.09.2020

Futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turunun növbəti oyunları keçirilib. Turun ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma təşkil olunub.
Turun mərkəzi qarşılaşması "Yohan Kroyff Arena”da olub. Niderland millisi öz meydanında İtaliya seçməsini qəbul edib. Görüş italyanlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol matçın 45-ci dəqiqəsində vurulub. Ciro İmmobilenin cinah ötürməsini Nikolo Barella dəqiq baş zərbəsi ilə tamamlayıb.
Birinci turda Niderland millisi Polşa komandasını (1:0) məğlub edib. İtaliya seçməsi isə ev oyununda Bosniya və Herseqovina millisi ilə heç-heçə edib – 1:1.

Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A liqası (1-ci qrup)

Bosniya və Herseqovina – Polşa - 1:2.

B liqası (1-ci qrup)

Avstriya – Rumıniya - 2:3;

Şimali İrlandiya – Norveç - 1:5.

B liqası (2-ci qrup)

Çexiya – Şotlandiya - 1:2;

İsrail – Slovakiya - 1:1.

C liqası (4-cü qrup)

Qazaxıstan – Belarus - 1:2;

Albaniya – Litva - 0:1.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Kipr seçməsinin qonağı olacaq. Yığma komandamız birinci turda Bakıda Lüksemburq yığmasına məğlub olub (1:2). Kipr isə səfərdə Monteneqro seçməsinə uduzub – 0:2.

38099 oxunub

InvestAZ