XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



UEFA Norveçdən cavab gözləyir
İdman 16:33 / 07.09.2020
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan "Mölde” ilə əlaqədar Norveç hökumətinə müraciət edib. Bu haqda Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.  O qeyd edib ki, qitənin ali futbol qurumu ilə davamlı yazışmarından  və "Qarabağ”ın təzyiqlərindən sonra UEFA bu addımı atıb.
Qeyd edək ki, "Mölde” Bakıda keçirilməli olan "Qarabağ”la matçın neytral meydana salınmasını istəyirdi. Buna səbəb kimi, komandanın Bakıdan Norveçə qayıtdıqdan sonra 10-14 gün karantində qalacağı göstərilirdi. "Qarabağ” hesab edir ki, "Mölde”nin bu addımı doğru deyil və püşkdə nəzərdə tutulduğu kimi, oyun Bakıda olmalıdır.
"UEFA bir neçə gün əvvəl Norveç hökumətinə müraciət ünvanlayaraq, Bakıdan qayıtdıqdan sonra "Mölde”nin koronavirus pandemiyasına görə karantində saxlanılmaması üçün xüsusi icazə istəyib. Buna diplomatik dildə nota da deyilir. Hazırda Norveç dövlətindən UEFA-ya cavab gözlənilir. Bizcə, Norveç tərəfi UEFA-ya "yox” deməməlidir. Hər halda, biz "Mölde”yə xüsusi icazə verilməsini gözləyirik” - deyə A.Əsgərov bildirib.

33966 oxunub

InvestAZ