XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



On yaşlı gimnastımız “Azerbaijan Golden Kids Awards 2020” mükafatına layiq görülüb
İdman 10:45 / 07.09.2020
Azərbaycan Könüllülər İctimai Birliyinin artıq 3-cü ildir ki, reallaşdırdığı "Azerbaijan Golden Kids Awards 2020" layihəsi bu dəfə öz mükafatlandırma mərasimini videoformatda keçirib.
Mükafatlandırılan istedadlı uşaqlar arasında ölkəmizi dünyanın bir çox beynəlxalq bədii gimnastika yarışlarında uğurla təmsil edən 10 yaşlı balaca gimnastımız Mina Abbasova da var. O, "Azərbaycanı xaricdə uğurla təmsil etdiyinə görə” nominasiyasına təltif olunub.
Azərbaycan Könüllər İctimai Birliyinin Mədəniyyət və incəsənət departamentinin sədri Ülviyyə Bəbirli bildirib ki, mükafatı balaca gimnastımıza Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Təranə xanım Muradova təqdim edib. Mina indiyə qədər dünyanın müxtəlif ölkələrində - Azərbaycan, Macarıstan, Polşa, İtaliya, Rumıniya, Almaniya, Sloveniya, Xorvatiya, Lüksemburq və digər ölkələrdə 42 medal (17 qızıl, 21 gümüş, 4 bürünc) qazanıb.
Onun ən böyük arzusu doğma Azərbaycanı dünya çempionatlarında və Olimpiya Oyunlarında uğurla təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.


32573 oxunub

InvestAZ