XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Əyləncə məclisi təşkil edən futbolçunun hərəkəti qalmaqala səbəb oldu ​ ​
İdman 18:21 / 06.09.2020
Məşhur vetran futbolçu Yaya Ture qalmaqala səbəb olub. Karyerası ərzində böyük klublarda oynamış Kot-D`İvuar millisinin üzvü yardım matçından əvvəl əyləncə məclisi təşkil etmək üçün otelə 19 qadın çağırıb. Belə ki, 37 yaşlı veteran futbolçu UNİCEF-in təşkilatçılığı ilə uşaqlar üçün keçirilməli olan yardım matçında iştirak etməli idi. Amma oyundan əvvəl qaldığı otelə 19 qadın çağırıb. Turenin bundan başqa matçda oynayacaq futbolçuların olduğu "Whatsapp" qrupuna erotik görüntülər göndərib.​
"TyC Sports"un xəbərinə görə, onun bu hərəkətləri yardım matçında iştirak edəcək ulduz futbolçuların etirazına səbəb olub və Ture oyunun heyətindən çıxarılıb.
Qeyd edək ki, Ture karyerası ərzində Belçikanın "Beveren", Ukraynanın "Metallurq", Yunanıstanın "Olimpiakos", Fransanın "Monako", İspaniyanın "Barselona", İngiltərənin "Mançester Siti" və Çinin "Qingdao Huanghai" klublarında çıxış edib, Kot-D`İvuar millisində keçirdiyi 101 oyunda 19 qol vurub.

33354 oxunub

InvestAZ