XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millətlər Liqasında ikinci tur​
İdman 15:14 / 06.09.2020
Bu gün Millətlər Liqasında II tur start götürəcək. 5 qrupda 10 oyun keçiriləcək. B liqasında mübarizə aparan Türkiyə öz qrupunda Serbiya ilə üz-üzə gələcək. Hər iki komanda ilk turda uduzduğundan meydana qələbə əzmi ilə çıxacaq. Qrupun liderləri Macarıstanla Rusiya öz aralarında münasibətlərini ayırd edəcək.
Bu liqanın digər qrupunda Uels ikinci qələbə üçün Bolqarıstanı yenməlidir. İrlandiya isə Finlandiyanı sınağa çəkəcək.
Ən güclülərin yer aldığı A liqasında Almaniya İsveçrənin qonağı olacaq. Qrupun lideri Ukrayna səfərdə İspaniya ilə görüşəcək.
C liqasının bütün matçları heç-heçə bitən 3-cü qrupunda Kosovo Yunanıstanı, Sloveniya Moldovanı qəbul edəcək. Sonuncu – D liqasında isə Andorra Farer adaları ilə, Malta Latviya ilə görüşəcək.
Qeyd edək ki, tura sentyabrın 8-də yekun vurulacaq.

Millətlər Liqası
II tur
6 sentyabr

B liqası, 4-cü qrup
17:00. Uels – Bolqarıstan
20:00. İrlandiya – Finlandiya

D liqası, 1-ci qrup
17:00. Andorra – Farer adaları
22:45. Malta – Latviya

B liqası, 3-cü qrup
20:00. Macarıstan - Rusiya
22:45. Serbiya – Türkiyə​

C liqası, 3-cü qrup
20:00. Sloveniya – Moldova
22:45. Kosovo – Yunanıstan

A liqası, 4-cü qrup
22:45. İspaniya – Ukrayna
22:45. İsveçrə - Almaniya

32129 oxunub

InvestAZ