XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millətlər Liqası: Favoritlərdən inamlı qələbə​
İdman 11:24 / 06.09.2020
Ötən gecə keçirilən qarşılaşmalarla Millətlər Liqasında I tura yekun vurulub. Turun son günündə 9 oyun baş tutub. Ən güclülərin yarışdığı A liqasında 2 qrupun matçları keçirilib. İngiltərə 2-ci qrupun İslandiyadakı görüşündə qalib olub. Belçika isə Danimarkada qələbəni bayram edib. 3-cü qrupda dünya çempionu Fransa İsveçlə səfər oyununda üç xal əldə edib. Avropa çempionu və Millətlər Liqasının ilk qalibi Portuqaliya dünya vitse-çempionu Xorvatiyanı darmadağınla üstələyib. C liqasında da iki qrupda 4 qarşılaşma baş tutub. Azərbaycan millisi 1-ci qrupdakı ilk görüşündə Lüksemburqa uduzub – 1:2. Yığmamızın rəqiblərinin Kiprdəki duelində də qonaqlar – Monteneqro millisi qalib gəlib.
Eyni liqanın 2-ci qrupunda Şimali Makedoniya Ermənistan üzərində qələbəyə sevinib. Estoniyanın qonağı olan Gürcüstan isə səfərdən üç xalla ayrılıb.
Avropanın ən zəif yığmalarının qatıldığı D liqasında bir oyun baş tutub. 2-ci qrupda Cəbəllütariq San-Marinonu məğlub edib.
Qeyd edək ki, II turun oyunları sentyabrın 6-8-də keçiriləcək.

Millətlər Liqası
I tur
5 sentyabr

C liqası, 2-ci qrup
17:00. Şimali Makedoniya – Ermənistan - 2:1
Alioski, 5 (pen.), Nestorovski, 38 (pen.) - Barsegyan, 90+4 (pen.)
20:00. Estoniya – Gürcüstan - 0:1
Katçarava, 32

D liqası, 2-ci qrup
17:00. Cəbəllütariq – San-Marino - 1:0
Torilya, 42

A liqası, 2-ci qrup
20:00. İslandiya – İngiltərə - 0:1
Sterlinq, 90+1 (pen.)
22:45. Danimarka – Belçika - 0:2
Deneyar, 9, Mertens, 77

C liqası, 1-ci qrup
20:00. Azərbaycan – Lüksemburq -​ 1:2
Şeydayev, 43 - Krivotsyuk, 48 (avtoqol), Rodriges, 72
20:00. Kipr – Monteneqro​ - 0:2
Yovetiç, 60, 73

A liqası, 3-cü qrup
22:45. Portuqaliya - Xorvatiya - 4:1
Kanselu, 41, Jota, 58, Joao Feliks, 70, Silva An., 90+5 - Petkoviç, 90+1
22:45. İsveç - Fransa - 0:1
Mbappe, 41


60127 oxunub

InvestAZ