XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimiz doğma meydanda “cırtdan”larla bacarmadı
İdman 10:05 / 06.09.2020
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə başlayıb. Millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığması ilə qarşılaşıb. İngiltərədən olan hakimlər briqadasının idarə etdiyi matç 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Matçın 25-ci dəqiqəsində millimizin üzvü Mahir Emreli kobud oyuna görə qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Azlıqda qalan millimiz istəyinə matçın 43-cü dəqiqəsində çatıb. Namiq Ələsgərovun cinah ötürməsindən sonra millimizin hücumçusu Ramil Şeydayev qapıya dəqiq baş zərbəsi vurub. Matçın birinci hissəsi millimizin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində Lüksemburq millisi hesaba tarazlıq gətirib. Anton Krivatsyuk avtoqola imza atıb. Matçın 72-ci dəqiqəsində qonaqlar hesabda irəli çıxıb. Cərimə meydançasında əllə oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Lüksemburq millisinin futbolçusu Gerson Rodriges dəqiq yerinə yetirib. Oyun elə bu hesabla da başa çatıb. Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasına məğlub olub - 2:0.


34010 oxunub

InvestAZ