XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Zirə” “Qəbələ”dən üstün oldu
İdman 21:32 / 05.09.2020
Bu gün Azərbaycan Premyer Liqasında mübarizə aparan "Zirə” və "Qəbələ” arasında yoxlama oyunu keçirilib.
Çempionatın ilk turunda üz-üzə gələn rəqiblər milli komandaların oyunları ilə əlaqədar fasilədə yenidən qarşılaşıb.
Görüş Zirə İdman Kompleksinin stadionunda baş tutub. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etmədiyi oyunun ilk yarısında iki qol vurulub. Hesabı meydan sahibləri açsa da, qəbələlilər tarazlıq yarada bilib. Rəşad Sadıqovun yetirmələri fasilədən sonra daha iki qol vuraraq meydandan qalib ayrılıb.
Qeyd edək ki, avqustun 23-də bu komandalar arasında baş tutan Premyer Liqanın Qəbələdəki matçı 1:1 hesabı ilə başa çatıb.

Yoxlama oyunu
5 sentyabr
17:00. "Zirə" - "Qəbələ" – 3:1
Şəhriyar Rəhimov, 28, Ağabala Ramazanov, 75, Rangel da Silva, 78 – Roman Hüseynov, 39​ 
Zirə İdman Kompleksi


33720 oxunub

InvestAZ