XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Arzu kuboku” yarışlarına yekun vurulub
İdman 10:07 / 15.01.2019

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ilin ilk konkur yarışı - "Arzu kuboku” yarışları keçirilib.
Yarış "E”, "M” və "S” kateqoriyaları üzrə təşkil olunub.
Maneələrin hündürlüyü 80-85 santimetr olan "E” kateqoriyalı yarışda 14 idmançı birincilik uğrunda mübarizə aparıb. "Walonka” ləqəbli atla "Elite Horse & Polo Club”un idmançısı Ramil İbrahimov birinci olub. "Light Limerick” ləqəbli atla Rəvan Əhmədov ikinci, "Rodrigo” ləqəbli atla Emin Rzayev isə üçüncü nəticə göstəriblər.
"M” kateqoriyalı yarışda Ələkbər Məmmədov "AFP S Chantal 261” və "Francesco” ləqəbli atlarla ilk iki pillədə qərarlaşıb. "Gilan” atçılıq idman klubunun idmançısı Rahib İsmayılov "Carthanio” ləqəbli atla yarışı üçüncü pillədə başa vurub. Bu kateqoriyada idmançılar hündürlüyü 120-125 santimetr olan maneələrə qarşı mübarizə aparıblar.
Maneələrin hündürlüyü 135-140 santimetr olan "S” kateqoriyası üzrə yarışda "Cera 59” ləqəbli atla Kənan Novruzov bütün rəqiblərini qabaqlayıb. "Concorde” ləqəbli atla "Sərhədçi” atçılıq idman klubunun üzvü Seyid Musayev ikinci, "Carthanio” ləqəbli atla "Gilan”ın idmançısı Rahib İsmayılov üçüncü yeri tutublar.
Bu yarışın ümumi mükafat fondu 5 min manat təşkil edib.

31921 oxunub

InvestAZ